Kitabda türk tələbələrin qayıdış fellərini mənimsəmə prosesinə bütöv funksional yanaşma əsasında metodoloji tədris sisteminin yaradılması məqsəd qoyulmuşdur.
Kitabın birinci bölməsində rus dilində qayıdışlıq anlayışı qrammatik kateqoriya və dil pedaqogikası kontekstində araşdırılır. Rus dilində qayıdış fellərinin təsnifatı, ifadə formaları və işlənmə üsulları, eləcə də bu fellərə xas xüsusiyyətlər xarici tələbələrin rus dilini mənimsəməsi problemi çərçivəsində təqdim olunur.
Kitabın ikinci bölməsində rus və türk dillərində qayıdış fellərinə xas xüsusiyyətlər işıqlandırılır, fellərin semantik, struktur və funksional oxşarlıqları və fərqləri təhlil edilir.
Kitabın üçüncü bölməsində rus və türk alimlərinin dərsliklərində və əlavə mənbələrində rus dilində qayıdış felləri mövzusunun təqdimatına dair təhlil nəticələri verilir və əldə olunan nəticələr əsasında tədris sisteminin əsas prinsipləri təqdim olunur.
Bu bölmədə, həmçinin müxtəlif universitetlərdə rus dilini təbii dil mühitindən kənarda öyrənən Rus dili və ədəbiyyatı ixtisası tələbələri ilə aparılmış nəzarət tədqiqatının nəticələri əsasında feil istifadəsindəki səhvlər dilçilik və dil pedaqogikası baxımından araşdırılır. Qayıdış fellərinin istifadəsində qarşılaşılan çətinliklər təsnif edilir və tədris prosesində nəzərə alınmalı məqamlara diqqət çəkilir.
Nəticə bölməsində tədqiqatın nəticələri və bütöv funksional yanaşma əsasında rus dilini xarici dil kimi öyrənən başlanğıc və orta səviyyəli türk tələbələr üçün əlavə tədris materiallarının hazırlanmasına istiqamət verə biləcək mövzular müəyyən edilir və tələbələrdə davamlı bacarıqlar formalaşdırmağa yönəlmiş tapşırıqlar sistemi təklif olunur.
Bu tədqiqatın nəticələrinin rus və türk dillərində fellərin öyrənilməsi sahəsində aparılan elmi araşdırmalara, eləcə də türk auditoriyaları üçün hazırlanmış praktik rus dili dərslərinə faydalı töhfə verəcəyi ümid edilir.
_page-0001.jpg)